BAKI, 2 avqust — Sputnik. Azərbaycan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən kolbasa idxal edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-may aylarında Azərbaycan:
-Rusiyadan 1890 ton,
-Belarusdan 137 ton kolbasa idxal edib.
Bu ilin yanvar-may aylarında Azərbaycanın cəmi kolbasa idxalının 81,7%-i Rusiyanın payına düşüb.
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən, Türkiyədən, Almaniyadan və digər ölkələrdən də kolbasa idxal edir.
Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 12 min tondan çox kolbasa istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxdur.