BAKI, 2 avqust — Sputnik. Rusiya bir şərtlə silahlara nəzarət üzrə ABŞ-la dialoqu davam etdirməyə hazırdır.
Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov söyləyib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının milli maraqları nəzərə alınmadan bu məsələdə qarşılıqlı fəaliyyət mümkün deyil. Moskva bundan sonra da yalnız onları rəhbər tutacaq.
Diplomat onu da qeyd edib ki, ABŞ rəsmiləri, Rusiya Federasiyasının heç vaxt öz əleyhinə işləməyəcəyinə öyrəşməlidirlər. Rusiya ilə "əməkdaşlıq" etməyə çalışmaq, eyni zamanda ölkəni "strateji məğlub" etmək cəhdi heç bir nəticə verməyəcək.
"ABŞ "irəliləyişin olmaması"na görə yalnız özünü günahlandıra bilər" - Antonov qeyd edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi ABŞ və NATO-nun Rusiyaya qarşı hibrid müharibəyə başladığı barədə məlumat vermişdi. Bu, nüvə gücləri arasında birbaşa toqquşmaya səbəb ola bilər.