BAKI, 1 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb. Sputnik Azərbaycan-a daxil olan məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal FHN-nin qüvvələri çağırış üzrə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.