İQTİSADİYYAT

İstehsalçılar ərzaq məhsullarını dövlət müəssisə və təşkilatlarına sata bilərlər

Qeyd edək ki, tedaruk.az elektron portalı dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Bugündən başlayaraq sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcılar tedaruk.az saytına daxil olaraq dövlət satınalan təşkilatların 2025-ci il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.
Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, istehsalçı və satıcılar tedaruk.az saytında növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola bilərlər. Qeyd edilən tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar və ya satıcılar satınalmada iştiraka buraxılmayacaqlar.
Qeyd edək ki, tedaruk.az elektron portalı dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.
Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir.
Elektron portala necə daxil olunur?
Dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satınalan dövlət müəssisə və təşkilatları (satınalan təşkilatlar), habelə ərzaq məhsullarının istehsalçıları və ya satıcıları elektron portala “ASAN LOGİN” sistemi üzərindən ASAN İmza vasitəsilə daxil ola bilərlər. ASAN İmza VÖEN hesabına bağlı olmalıdır.
Elektron portal kimlərin istifadəsi üçün nəzərdə tutulub?
Elektron portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satınalan dövlət müəssisə və təşkilatlarının (satınalan təşkilatlar) və ərzaq məhsullarını satmaq niyyətində olan istehsalçı və ya satıcıların istifadəsi üçün nəzərdə tutulub.
Çiyələk, arxiv
Elektron portalın hansı üstünlükləri var?
Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınması prosesini təkmilləşdirir. Ərzaq məhsullarının tədarükü və təchizatı prosesi elektron portal üzərindən həyata keçirilir ki, bu da əməliyyatların operativ şəkildə yerinə yetirilməsini təmin edir. Həmçinin elektron portal vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə də müsbət təsir göstərir.
Elektron portala daxil olmaq və təklif yerləşdirmək üçün ödəniş tələb olunmur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.