BAKI, 1 avqust — Sputnik. Moskva Moldova hakimiyyətinin Rusiya səfirliyinin əməkdaşının persona non-qrata kimi tanınması qərarını qeyri-dost addım kimi qiymətləndirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Avqustun 1-də Moldova Respublikasının hakimiyyət orqanları heç bir aydın əsas olmadan Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşını persona non qrata elan edib.Biz bu qeyri-dost addımı dərin tarixi köklərə malik Rusiya-Moldova əlaqələrini məsuliyyətsizcəsinə pozan hazırkı Moldova rəhbərliyinin aqressiv anti-Rusiya kursunun növbəti təzahürü kimi qiymətləndiririk", - Zaxarova bildirib.
Bəyanatda həmçinin bildirilir ki, rusofob əhval-ruhiyyənin güclənməsi, "casus hekayələri"nin uydurulması və təbliği rəsmi Kişinyovun adekvat addımlar atmaq və Rusiya ilə Moldova arasında münasibətlərin iki dövlətin xalqları üçün davamlı əhəmiyyətini dərk etmək qabiliyyətini itirdiyini göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.