TƏHSİL

Rus bölməsinə qəbul başlayır

Qeyd edilən tarixdən sonra rus bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Məktəbəhazırlıq qruplarına elektron qəbul prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır. Bu barədə Sputnik Azərbaycan-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu gündən sentyabrın 13-ə qədər uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst qəbul aparılacaq.
Qeyd edilən tarixdən sonra rus bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.
Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.