BAKI, 1 avqust — Sputnik. Ermənistan Müdafiə nazirinin birinci müavini, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti Londonda quru müharibələrinin aparılmasına həsr olunmuş illik konfransda iştirak edib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.
Məlumata görə, konfrans Müdafiə və Təhlükəsizlik Araşdırmaları üzrə Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) himayəsi altında təşkil olunub. Müharibənin yerüstü sektorunda mövcud olan təhdidləri, onlarla mübarizənin mümkün yollarını öyrənmək, həmçinin bu istiqamətdə tərəfdaş qərarları və son hərbi-siyasi və sənaye hadisələri ilə tanış olmaq məqsədi daşıyıb.
Qeyd olunur ki, konfrans çərçivəsində Asryan Britaniya ordusunun Baş Qərargah rəisi, general Roland Uoker ilə görüş keçirib.
Tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığın mövcud çərçivəsini və onun gələcək inkişafı imkanlarını müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.