BAKI, 1 avqust - Sputnik. Yaxın vaxtlarda tütün məmulatlarının və spirtli içkilərin qiymətlərinin 5-10 faiz artacağı gözlənilir. Gələn ilin əvvəlində də çox güman ki, daha bir artım olacaq.
Bunu "Sputnik Azərbaycan"a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, respublika hökuməti digər ölkələr kimi əhalinin sağlamlığının qayğısına qalmaq üçün aksiz dərəcələrini artırır.
"Lakin buna təkcə qiymətləri artırmaqla nail olmaq mümkün deyil. Bunu son illərin statistik göstəriciləri də sübut edir. Paralel olaraq sağlam həyat tərzinin populyarlaşması üçün başqa tədbirlər də görmək lazımdır", - Cəfərli qeyd edib.
Ətraflı məlumat üçün videomuza baxın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.