İQTİSADİYYAT

Bu ölkələrlə bağlı Azərbaycandan qadağa

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən sözügedən bölgələrdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Bəzi ölkələrdən Azərbaycana idxal edilən məhsullara məhdudiyyət qoyulub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Коnstаnçа, Tulçа və Timiș inzibati ərazi vahidlərində, Yunanıstan Respublikasının Peloponnes, Qərbi Yunanıstan və İon adalarında xırdabuynuzlu heyvanların taun, Amerika Birləşmiş Ştatlarının Florida ştatında və Butan Krallığının Samtse rayonunda isə isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Qeyd olunub ki, bu səbəbdən Rumıniyanın Коnstаnçа, Tulçа və Timiș inzibati ərazi vahidlərində, Yunanıstan Respublikasının Peloponnes, Qərbi Yunanıstan və İon adalarında xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən sözügedən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin qeyd olunan ev heyvanlarından alınan məhsulların (virusun məhv edilməsini təmin edən termik emala məruz qalan məhsullar istisna olmaqla) idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bundan başqa, sözügedən ərazilərdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikaya daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.