SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bizim seçkilərə müdaxilə etmək səlahiyyətimiz yoxdur - Ditmir Buşati

AŞPA-nın seçkini müşahidə üçün dəvət olunmaması ilə bağlı suala cavab olaraq missiya rəhbəri deyib ki, o, ATƏT-in adından Azərbaycandadır.
Sputnik
BAKI, 1 avqust — Sputnik. "Bizim seçkilərə müdaxilə etmək, kömək etmək və s. bu kimi səlahiyyətimiz yoxdur, biz sadəcə üzv dövlətin dəvəti əsasında monitorinq aparmaq, prosesi izləmək üçün dəvət olunmuşuq". Bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidə missiyasının rəhbəri Ditmir Buşati ATƏT/DTİHB müşahidəçilərinin Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri müşahidə missiyasının açılışı ilə bağlı mətbuat konfransında deyib.
AŞPA-nın seçkini müşahidə üçün dəvət olunmaması ilə bağlı suala cavab olaraq missiya rəhbəri deyib ki, o, ATƏT-in adından Azərbaycandadır, digər hər hansı təşkilatın prosesi izləmək üçün dəvət olunub-olunmaması barədə şərh verməsi doğru deyil.

"Biz bütün təşkilatlarla əməkdaşlığa hər zaman açıq olmuşuq və bizim mövqeyimiz dəyişməyib. Biz beynəlxalq prinsiplərə əsaslanan metodologiya əsasında prosesi izləyəcəyik", - deyə Ditmir Buşati vurğulayıb.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 31-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qarşıdan gələn Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşati ilə görüşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.