CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi çaylardan sel keçəcək

Leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Sputnik
BAKI, 1 avqust — Sputnik. Avqustun 2-4-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrometeorlogiya Xidməti məlumat yayıb.
Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.