BAKI, 31 iyul — Sputnik. ABŞ və NATO-nun Rusiyanı döyüş meydanında strateji cəhətdən məğlub etmək üçün başlatdığı hibrid müharibəsi nüvə gücləri arasında birbaşa toqquşmaya səbəb ola bilər.
Bunu çərşənbə günü, iyulun 31-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Bu cür hərəkətlər nüvə gücləri arasında birbaşa toqquşmaya səbəb ola bilər", – "RİA Novosti" diplomatdan sitat gətirib.
O qeyd edib ki, Vaşinqton NATO-dakı müttəfiqləri ilə birlikdə Rusiyanın fundamental təhlükəsizlik maraqlarına məhəl qoymadan postsovet məkanını hərbi və hərbi-siyasi baxımdan inkişaf etdirir. Qarşılıqlı cavab alan Qərb Rusiyaya qarşı hibrid müharibəyə başlayıb.
Zaxarova, həmçinin ABŞ dövlət katibinin müavini Mellori Stüartın Moskvanın silahlara nəzarət dialoqunu Rusiya ilə Qərb arasında münasibətlərin depressiv vəziyyətindən və ümumi mənfi hərbi-siyasi kontekstdən "ayırmaq" istəməməsi ilə bağlı şikayətlərinə də cavab verib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, ABŞ-ın belə mövqeyini ya absurd, ya da ikiüzlü adlandırmaq olar.
Bundan əvvəl Stüart bildirmişdi ki, ABŞ Rusiya ilə dialoqu bərpa etmək üçün Kiyevə hərbi yardımdan imtina etməyəcək.