BAKI, 31 iyul — Sputnik. Tropiklərdə iqlimin istiləşməsi olduqca ləng gedir, ona görə də Qərbi Afrika və Cənubi Asiya yaxın gələcəkdə yaşayış üçün əlverişli olaraq qalacaq. Bunu Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin meteorologiya və iqlimşünaslıq kafedrasının aparıcı elmi işçisi Mixail Lokoşenko RİA Novosti-yə bildirib.
Bundan əvvəl ABŞ-ın Purdue Universitetinin alimləri CNN-ə bildiriblər ki, bir neçə ildən sonra Qərbi Afrika və Cənubi Asiya temperaturun və rütubətin artması səbəbindən insan həyatı üçün təhlükəli hala gələcək.
"Yaxın gələcəkdə Yer kürəsinin bütün bölgələrinin yaşamaq üçün yararsız hala düşəcəyi ehtimalı azdır və bu, son dərəcə zəifdir. Ona görə də iqlimi və onun dəyişikliklərini öyrənmək lazımdır, lakin lazımsız panika və isteriya olmadan ayıq və sakit şəkildə vəziyyəti qiymətləndirmək lazımdır", - Lokoşenko bildirib.