TƏHSİL

Sənədlərini gecikdirən valideynlərin qeydiyyatı silinəcək

Рazırda ölkə üzrə məktəbəqədərə təhsil müəssisələrinə sorğuların verilməsi aparılır
Sputnik
BAKI, 31 iyul — Sputnik. İyulun 19-dan start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulu prosesi davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda ölkə üzrə məktəbəqədərə təhsil müəssisələrinə sorğuların verilməsi aparılır:
"Bu günə qədər ölkə üzrə (Bakı şəhəri istisna olmaqla) ümumilikdə 11285 sorğu təsdiq edilib və həmin sorğular üzrə uşaqlar aidiyyəti bağçalara qəbul ediliblər. 47615 nəfər növbəyə yazılıb. Boş yerlərin sayı 56740-dır".
O qeyd edib ki, təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər:
" Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər".
"Sənədlərini gecikdirən valideynlərin qeydiyyatı silinəcək", - deyə o qeyd edib.
O, deyib ki, iyulun 19-dan start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulu prosesi davam edir. Hazırda ölkə üzrə məktəqədərə təhsil müəssisələrinə sorğuların verilməsi aparılır.
Bu günə qədər ölkə üzrə (Bakı şəhəri istisna olmaqla) ümumilikdə 11285 sorğu təsdiq edilib və həmin sorğular üzrə uşaqlar aidiyyəti bağçalara qəbul ediliblər. 47615 nəfər növbəyə yazılıb. Boş yerlərin sayı 56740-dır.
Qeyd edək ki, təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər