DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda matəm elan olundu

Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.
Sputnik
BAKI, 31 iyul — Sputnik. İranın paytaxtında Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin öldürülməsi ilə əlaqədar İranda üç günlük matəm elan edilib. Bu barədə İranın Mehr" agentliyi xəbər verir.
Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.
"Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin vəfatı fonunda İran İslam Respublikası hökuməti üç günlük milli matəm elan edən bəyanat yayıb", - agentliyin məlumatında deyilir.
Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.