DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Ali Milli Təhlükəsizlik Şurası fövqəladə iclas keçirir

İyulun 31-də Fələstinin HƏMAS hərəkatı Haniyənin İsrailin İran paytaxtındakı HƏMAS iqamətgahına endirdiyi zərbə nəticəsində öldüyünü bildirib.
Sputnik
BAKI, 31 iyul — Sputnik. Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra ölkənin ali dini lideri Əli Xamneyinin iqamətgahında İran Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilir. Bu barədə iki İran rəsmisinə istinadən New York Times xəbər verir.
"New York Times"ın mənbələri qeyd edib ki, belə görüşlər fövqəladə şəraitdə çağırılır. Qəzetin məlumatına görə, görüşdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əl-Qüds xüsusi təyinatlı qüvvələrinin komandanı iştirak edir.
İyulun 31-də Fələstinin HƏMAS hərəkatı Haniyənin İsrailin İran paytaxtındakı HƏMAS iqamətgahına endirdiyi zərbə nəticəsində öldüyünü bildirib. Hərəkatın bəyanatına görə, Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına İsrailin "basqını" nəticəsində öldürülüb.
RUSİYA
Haniyənin ölümü siyasi qətldir - Boqdanov