BAKI, 31 iyul — Sputnik. Moskva Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünü tamamilə qəbuledilməz siyasi qətl hesab edir. Bunu Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov RİA Novosti-yə bildirib.
"Bütün bunlar çox pisdir və tamamilə qəbuledilməz siyasi qətldir. Bu, gərginliyin daha da artmasına gətirib çıxaracaq", - Boqdanov deyrib.
Onun sözlərinə görə, baş verənlər Dohadakı danışıqlara çox mənfi təsir göstərəcək.
Bundan əvvəl HƏMAS hərəkatı Siyasi Büronun rəhbəri İsmayıl Haniyənin Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü bildirib.