DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyadan neftin Ukrayna vasitəsilə tranziti necə baş tutacaq?

Ukrayna Macarıstanın enerji təchizatının təhlükəsizliyini təhdid edir və bununla da Aİ ilə assosiasiya sazişini pozur.
Sputnik
BAKI, 30 iyul — Sputnik. Rusiya, Macarıstan və Slovakiyanın xarici işlər nazirləri - Sergey Lavrov, Peter Siyyarto və Yuray Blanar telefon danışığı zamanı Ukraynanın Rusiya Federasiyasından neft tranzitini dayandırması ilə bağlı vəziyyəti müzakirə ediblər.
Bunu Macarıstan naziri bildirib.
“Biz neft tədarükümüzün uzunmüddətli təhlükəsizliyini bərpa etmək üçün işi davam etdiririk, ona görə də bu gün mən rusiyalı həmkarım Sergey Lavrov və slovakiyalı Yuray Blanarla telefonla məsləhətləşdim” - o, sosial şəbəkədəki səhifəsində yazıb.
Siyyarto vurğulayıb ki, Ukrayna Macarıstanın enerji təchizatının təhlükəsizliyini təhdid edir və bununla da Aİ ilə assosiasiya sazişini pozur.
Nazir əlavə edib ki, Macarıstan Ukraynada tətbiq edilən qadağadan yan keçərək, neftin fasiləsiz tədarükünü təmin etmək üçün bu məsələnin mümkün həll yollarını təhlil edir və axtarır.
Bundan əvvəl Siyyarto Macarıstanın Aİ-dən gələn təhdidlərə görə öz sülh missiyasını dayandırmayacağını bildirmişdi.