RUSİYA

Rusiya Dövlət Duması kriptovalyuta mədənçiliyini qanuniləşdirdi

Qanun layihəsi Dövlət Dumasına hələ 2022-ci ilin noyabrında təqdim edilib və 2024-cü ilin aprelində yekunlaşdırılıb.
Sputnik
BAKI, 30 iyul — Sputnik. Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşda Rusiyada kriptovalyuta mədənçiliyini leqallaşdıran qanunu qəbul edib. Sənəd Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədri Anatoli Aksakovun rəhbərlik etdiyi deputatlar qrupu tərəfindən təklif olunub.
Qeyd olunur ki, kriptovalyutaların çıxarılması hüququna yalnız Rusiya hüquqi şəxsləri, eləcə də müvafiq siyahıya daxil olan fərdi sahibkarlar sahib olacaq. Həmçinin, mədən hüququ hökumətin müəyyən etdiyi enerji istehlakı limitlərini aşmayan fiziki şəxslərə veriləcək.
Rəqəmsal valyuta hasil edən fiziki və hüquqi şəxslər üçün tələblər Nazirlər Kabineti tərəfindən Rusiya Bankı ilə birlikdə müəyyən ediləcək. Rəqəmsal İnkişaf Nazirliyi bu tələblərin yerinə yetirilməsinə nəzarət edəcək.
Qanun layihəsi Dövlət Dumasına hələ 2022-ci ilin noyabrında təqdim edilib və 2024-cü ilin aprelində yekunlaşdırılıb.
Bundan əvvəl Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası (RANEPA) üzvi tullantıların (peyin, yeyilməmiş tərəvəzlər, meyvələr, ət və s.) emalı yolu ilə kriptovalyuta hasil etmək mümkün olduğunu bildirmişdi.