DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran ABŞ kəşfiyyatının iddialarını rədd edir

İddialara görə, Çin hökumət qurumları ABŞ-dakı təsir əməliyyatlarında Çində yerləşən bir texnologiya şirkətindən istifadə edir.
Sputnik
BAKI, 30 iyul — Sputnik. İranın Nyu-Yorkda yerləşən BMT-dəki nümayəndəliyi Tehranın ABŞ-da keçiriləcək seçkilərə iddia edilən müdaxiləsi ilə bağlı ABŞ kəşfiyyatının bəyanatlarını rədd edib. Bu barədə IRNA məlumat verir.
Agentlik İranın BMT-dəki missiyasının bəyanatından sitat gətirir: "İranın ABŞ-dakı seçkilərə təsir etmək məqsədi və ya fəaliyyəti yoxdur".
Bir gün əvvəl Reuters xəbər vermişdi ki, ABŞ Milli Kəşfiyyatının Direktorunun Ofisi heç bir dəlil olmadan Rusiya, Çin və İranın ABŞ seçicilərinə və qarşıdan gələn ABŞ prezident seçkilərinin nəticələrinə təsir etmək üçün marketinq, kommunikasiya və digər şirkətlərdən istifadə etdiklərini iddia edib.
ABŞ kəşfiyyat rəsmisi həmçinin bildirib ki, İran son həftələrdə ABŞ-dakı seçicilərə təsir etmək üçün "gizli sosial media qruplarında istifadəni gücləndirib və Çin hökumət qurumları ABŞ-dakı təsir əməliyyatlarında Çində yerləşən bir texnologiya şirkətindən istifadə edir.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.