NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neftin qiyməti durmadan aşağı düşür: Səbəb Çindir?

Çində istehsalın iyul ayında da azalması qeydə alınıb. Bu, bazarlarda neftə tələbin azalacağı ilə bağlı narahatlıq yaradıb.
Sputnik
BAKI, 30 iyul — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb. Dünyanın ən böyük neft idxalçısı olan Çində tələbin azalacağı ilə bağlı narahatlıqlar fonunda qiymətlər aşağı düşüb. "Brent" markalı neft 32 sent ucuzlaşaraq 79,46 dollar, ABŞ-nin Qərbi Texas nefti 36 sent ucuzlaşaraq 75,45 dollar olub.
Azərbaycan neftinin qiyməti 41 sent azalaraq 83,42 dollara bərabər olub. Çində istehsalın iyul ayında da azalması qeydə alınıb. Bu, bazarlarda neftə tələbin azalacağı ilə bağlı narahatlıq yaradıb.
Digər tərəfdən, OPEC-in Birgə Monitorinq Komitəsinin avqustun 1-də iclası planlaşdırılıb və investorlar bu iclası diqqətdə saxlayırlar. Analitiklərin fikrincə, neft qiymətlərinin ucuzlaşması Rusiya və Səudiyyə Ərəbistanın bu ilin sonunda hasilatı artırmaq planlarını daha da aşağı salmağa sövq edə bilər.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
27.07.24, 13:45
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,51 ABŞ dolları, yaxud 1,77 % azalaraq 83,83 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 81,13 ABŞ dolları təşkil edib.
Ötən gün isə dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,41 ABŞ dolları, yaxud 0,48 % azalaraq 85,34 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 82,52 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
01.06.24, 12:36
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,23 % azalaraq 82,75 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 81,62 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.