DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Filippo Rusiyaya qarşı siyasətinə görə Avropa İttifaqını məhv etməyə çağırıb

Florian Filippo bildirib ki, assosiasiyadakı mənfi əhval-ruhiyyə Macarıstanın baş naziri Viktor Orbanın Ukraynadakı münaqişənin həllinə yönəlmiş təşəbbüslərinin pislənməsi ilə sübut olunub.
Sputnik
BAKI, 30 iyul — Sputnik. Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Rusiya və onunla sülhdən danışan ölkələrə qarşı aqressiv siyasət yürütdüyü üçün Avropa İttifaqını məhv etməyə çağırıb. Bu barədə o, özünün X hesabında yazıb.
"Aİ dəli oldu, Aİ müharibə istəyir, gəlin Avropa İttifaqını məhv edək!" – Filippo fikrini bildirib.
O qeyd edib ki, assosiasiyadakı mənfi əhval-ruhiyyə Macarıstanın baş naziri Viktor Orbanın Ukraynadakı münaqişənin həllinə yönəlmiş təşəbbüslərinin pislənməsi ilə sübut olunub.
Daha əvvəl Filippo Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayenin Orbanın sülh səylərindən qəzəbləndiyini bildirib.
28.07.24, 10:49
Rusiya aktivlərindən gəlirlərin Ukraynaya köçürülməsi oğurluqdur
Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya 1,5 milyard avro həcmində hərbi yardım tranşı göndərmək qərarı Moskvanın açıq-aşkar cavab tədbirlərinə səbəb olacaq.
Bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo X*. sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, bu qərar Fransa və Avropa ölkələrini nüfuzdan salır və beynəlxalq hüquq baxımından qanunsuzdur. Siyasətçi bu addımı oğurluq adlandırıb.
İyulun 26-da Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Aİ Ukraynaya Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiya qoyuluşundan əldə etdiyi gəlirdən 1,5 milyard avro ölkənin müdafiə və bərpa ehtiyacları üçün köçürüb.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Avropa İttifaqının bu “oğru hərəkətlərinə” cavab verəcəyini vəd etmişdi.
09.06.24, 23:10
Filippo Ukraynaya döyüş təyyarələri göndərmək barədə qərar verən Makronu dəli adlandırıb
Fransalı siyasətçi Florian Filippo Fransa Prezidenti Emmanuel Makronu Ukrayna Silahlı Qüvvələrinə "Mirage" qırıcı təyyarələri göndərmək qərarına görə tənqid edib.
Bu barədə siyasətçi Filippo X* sosial şəbəkəsində yazıb.
O, Makronun hərəkətlərinin yeni dünya münaqişəsini yaxınlaşdırdığı qənaətində olduğunu bildirib.
"Makron tamamilə dəlidir! O, Fransa ordusunu daha da qarət edən və Üçüncü Dünya Müharibəsini daha da yaxınlaşdıran "Mirage 2000-5" döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsini elan edib!" - Filippo yazıb.
"Vətənpərvərlər" partiyasının lideri, bundan əlavə, Makronun Ukrayna Silahlı Qüvvələrinin daha 4,5 min əsgərinə təlim keçmək qərarına cavab verib.
"Bu müharibə gündəmi mümkün qədər tez məhv edilməlidir! Bu bizim müharibəmiz deyil! Sülh!" - Filipponun yazısında deyilir.
Bundan əvvəl Makron bəyan etmişdi ki, Paris Kiyevə "Mirage 2000-5" qırıcılarını təhvil verəcək. O, həmçinin təsdiq edib ki, Fransa Ukrayna Silahlı Qüvvələrinə öz silahları ilə Rusiya Federasiyasının ərazisinə hücum etməyə icazə verib.