NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Yaxın Şərqdə münaqişənin genişlənməsi narahatlığı nefti bahalaşdırır

Analitiklərin fikrincə, Yaxın Şərqdə gərginliyin artması nefti bahalaşdırır, lakin digər tərəfdən Çində tələbin aşağı düşməsi qiymət artımını məhdudlaşdırır.
Sputnik
BAKI, 29 iyul — Sputnik. Bu gün dünya bazarlarında neft qiymətlərində artım müşahidə edilir. Yaxın Şərqdə münaqişənin genişlənməsi narahatlığı qiymətləri bahalaşıdırıb.
"Brent" markalı neft 33 sent artaraq 81,46 dollar, ABŞ-nin Qərbi Texas (WTI) nefti 23 sent artaraq 77,39 dollar olub.
Analitiklərin fikrincə, Yaxın Şərqdə gərginliyin artması nefti bahalaşdırır, lakin digər tərəfdən Çində tələbin aşağı düşməsi qiymət artımını məhdudlaşdırır.
Qeyd edək ki, Çində neftə tələbin azalması və Qəzzada atəşkəs ümidi ilə keçən həftə "Brent" markalı neft 1,8%, WTI 3,7% ucuzlaşıb.
Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,51 dollar azalaraq 83,83 dollar təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin növbəti görüşü 1 dekabr tarixinə təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.