BAKI, 29 iyul — Sputnik. İyulun 29-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 29-da kim anadan olub?
Benito Mussolini (1883-1945) - İtalyan siyasətçi və dövlət xadimi, Milli Faşist Partiyasının (MFP) lideri, 1922-1943-cü illərdə İtaliyanın Baş naziri.
Benito Mussolini
© Sputnik
İqor Krutoy (1954) - Sovet və rus bəstəkarı, prodüser, pianoçu, müğənni, Rusiya Federasiyasının xalq artisti.
İqor Krutoy
© Sputnik / Vladimir Trefilov
Fernando Alonso (1981) – ispaniyalı yarış pilotu, "Formula 1" seriyasının ikiqat dünya çempionu (2005, 2006), üçqat vitse-çempion (2010, 2012, 2013), 2007-ci il mövsümünün bürünc mükafatçısı, dözümlülük yarışı üzrə dünya çempionu (2018 -19), "Le Manın 24 Saatı"nın ikiqat qalibi (2018, 2019). 2013-cü ildən "Aston Martin"də yarışır.
Fernando Alonso
© AP Photo / Geert Vanden Wijngaert
İyulun 29-da dünyada baş verən tarixi hadisələr
1836-cı ildə Parisdəki "Ulduzlar Meydanı"nda Napoleonun "Böyük Ordusu"nun qələbələrini xatırlamaq üçün tikintisinə hələ 1806-cı ildə başlanmış "Zıfır tağı"nın açılışı olub.
1858-ci ildə ABŞ-ın təzyiqi ilə Yaponiya Tokio və Osakanı əcnəbilərin üzünə açıb.
1914-cü ildə Nyu-York - San-Fransisko ilk trans-Amerika telefon xətti istifadəyə verilib.
1957-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yaradılıb. Azərbaycan 2001-ci ildən agentliyin üzvüdür və onun bütün prinsip və normalarına əməl edir.
1963-cü ildə Sovet "Tu-134" sərnişin təyyarəsinin ilk uçuşu həyata keçirilib. Bu təyyarə SSRİ mülki aviasiya tarixində ən populyar təyyarələrdən biri olub.
Beynəlxalq Pələng Günü - 2011-ci ildən qeyd olunur. Pələng Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Kitabına daxil edilib, 1947-ci ildən ovlanması qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.