İQTİSADİYYAT

Qısamüddətli trend: qlobal istehsalçılar elektromobil istehsalını azaldıblar

Elektrikli avtomobillərə tələbat son bir ildə nəzərəçarpacaq dərəcədə azallb. Bu, ABŞ, Almaniya və Fransadakı avtomobil istehsalçılarını həddindən artıq az istifadə edilən və ya istifadə olunmayan resurslarla üz-üzə qoyub.
Sputnik
BAKI, 29 iyul — Sputnik. ABŞ və Avropanın ən böyük avtomobil istehsalçıları həddindən artıq az istifadə edilən və ya istifadə olunmayan resurslar üzündən elektrikli avtomobillərin istehsalını azaldıblar. Nəticədə belə maşınların dəyəri aşağı düşüb, daxili yanma mühərriki olan avtomobillərin istehsalına isə diqqət artıb. "Bloomberg" bu barədə xəbər verib.
Bundan əlavə, nəşrin məlumatına görə, ABŞ, Almaniya və Fransanın ənənəvi avtomobil istehsalçılarında son bir ildə elektromobillərə tələbatın nəzərəçarpacaq dərəcədə azalması üzündən az istifadə edilən və ya istifadə olunmayan resurslar yaranıb. Nəticədə istehsalçılar başa düşüblər ki, tam elektrikləşdirilmiş avtomobillərə keçid gözlənildiyindən daha uzun çəkəcək.
ABŞ, Almaniya və Fransa hal-hazırda əvvəllər proqnozlaşdırılandan 40-45% daha az elektrik avtomobili istehsal edirlər.
Qeyd edək ki, "Goldman Sachs Research" analitikləri may ayında bildiriblər ki, elektrikli nəqliyyat vasitələri sektorunun inkişafını ləngidən üç əsas amil var. Bunlar elektrikləşdirilmiş nəqliyyat üçün kapital xərcləri, bu il bir sıra ölkələrdə, xüsusən də ABŞ-da seçkilərlə bağlı qeyri-müəyyənlik ilə bağlı artan narahatlıqlar və dünyada sürətli şarj stansiyalarının çatışmazlığıdır.
"Goldman Sachs" qeyd edib ki, eyni zamanda, hibrid avtomobillərin satışı da sürətlənib və proqnozları üstələyə bilər. Elektrikli avtomobillərə tələbin azalması fonunda avtomobil istehsalçıları güclərini hibridlərə yönəldiblər.
Azərbaycanda elektromobillər trendin zirvəsindədir
AR Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan hibrid mühərrikli minik avtomobillərinin sayı 2023-cü ilin analoji göstəricisi ilə müqayisədə 22,3 faiz, onların dəyəri isə 66,8 faiz artıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal olunan elektromobillərinin sayı illik ifadədə 33,9%, dəyəri isə 32,8% artıb.
Eyni zamanda, daxili yanma mühərrikli avtomobillərin ölkəyə idxalı azalıb. Bu, ölkədə yaşı 10 ildən artıq olan minik avtomobillərinin idxalına qoyulan məhdudiyyətlərlə bağlıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.