BAKI, 29 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin Vladimir Titovu Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini vəzifəsindən azad edib.
"Vladimir Gennadyeviç Titov Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edilsin, bu sərəncam imzalandığı gündən qüvvəyə minir" - sənəddə deyilir.
Vladimir Titov Xarici İşlər Nazirliyində Avropa ölkələri ilə əlaqələrə və inzibati məsələlərə rəhbərlik edib. 1958-ci ildə anadan olub, 1980-ci ildə MDBMİ-ni bitirib, ingilis və isveç dillərini bilir.
Titov 1980-ci ildən Xarici İşlər Nazirliyi sistemində çalışıb: o, Rusiya Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və xaricdə müxtəlif diplomatik vəzifələrdə çalışıb. O cümlədən, 1993-1997-ci illərdə Rusiyanın İsveçdəki səfirliyinin müşaviri, 1997-1999-cu illərdə İkinci Avropa Departamentinin direktoru, 1999-2004-cü illərdə Rusiyanın Bolqarıstandakı səfiri, 2004-2005-ci illərdə İsveçrədəki səfirliyin kadrlar şöbəsinə rəhbərlik edib.
Xarici İşlər Nazirliyinin kollegiya üzvü də olub. 2005-2013-cü illərdə Titov Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini vəzifəsində çalışıb, 2013-cü ilin aprelində isə Rusiya Federasiyası Xarici İşlər Nazirinin birinci müavini təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.