BAKI, 29 iyul - Sputnik. Almaniyada ABŞ raketlərinin peyda olacağı təqdirdə Rusiya özünü orta və yaxın mənzilli raketlərin yerləşdirilməsinə moratoriumdan azad hesab edəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Hərbi Dəniz Qüvvələri Günü şərəfinə keçirilən dəniz paradında deyib.
Dövlət başçısı Rusiya donanmasının sahil qoşunlarının imkanlarının artırılması barədə də xəbərdarlıq edib. O vurğulayıb ki, bir sıra zərbə sistemlərinin inkişafı son mərhələdədir.
Rusiya ABŞ-ın və onun peyklərinin Avropada və dünyanın digər regionlarında hərəkətlərini nəzərə alaraq orta və yaxın mənzilli raketlərin yerləşdirilməsindən ötrü güzgü tədbirləri görəcək.
Xatırladaq ki, ABŞ hakimiyyəti 2026-cı ildən Almaniyada yeni uzaqmənzilli atıcı silahlar yerləşdirməyə hazır olduqlarını açıqlamışdı.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın ABŞ raketlərinə ev sahibliyi etmək qərarını alçaqlıq adlandırıb.