RUSİYA

Patruşev: ABŞ seçkilərində kimin qalib gəlməsi Rusiyanı maraqlandırmır

Rusiya Federasiyası Prezidentinin köməkçisi izah edib ki, o, ikitərəfli münasibətlərdə hər hansı yaxşılaşma gözləmir.
Sputnik
BAKI, 29 iyul - Sputnik. ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsi Moskvanın vecinə deyil.
Bunu Nikolay Patruşev deyib.
Rusiya Federasiyası Prezidentinin köməkçisi izah edib ki, o, ikitərəfli münasibətlərdə hər hansı yaxşılaşma gözləmir.
“Bizi kimin qalib gələcəyi heç maraqlandırmır - Donald Tramp və ya Kamala Harris. İndiyədək bizim üçün yaxşılığa doğru heç nə dəyişməyib” - Patruşev jurnalistlərə bildirib.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-ın keçmiş rəhbəri və prezidentliyə namizəd Donald Tramp Rusiya üçün digər ABŞ liderlərindən çox da fərqlənmir, lakin ola bilsin ki, o, dialoq kanallarının bərpası baxımından daha böyük müdriklik nümayiş etdirsin.