AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan İranla qurulmuş münasibətlərə böyük əhəmiyyət verir - Əli Əsədov

Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.
Sputnik
BAKI, 29 iyul — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov Məhəmməd Reza Arefə İran İslam Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda vurğulanıb ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə ortaq dini-mədəni köklər, qarşılıqlı hörmət və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir.
Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.
Xatırladaq ki, İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei Məsud Pezeşkianı yeni prezident kimi rəsmən təsdiqləyib. Məsud Pezeşkian iyulun 30-da Məclisdə (İran parlamenti) and içəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.