CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL-ın reysində bələdçilər niyə ingiliscə danışır? -Rəsmi açıqlama

"Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişindaşımaya artan tələbatı ödəmək üçün üç "Airbus A320" təyyarəsinin qısamüddətli lizinqinə dair müqavilə imzalayıb.
Sputnik
BAKI, 29 iyul — Sputnik. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı AZAL-ın təyyarəsində bələdçilərin ingilis dilində danışmasından narazılığını bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

"AZAL, J2109-la Praqaya uçuram. Elanlar yalnız ingilis dilində, bələdçilər ingilisdilli...", - o yazıb.

AZAL bələdçiləri, arxiv
AZAL hüquq müdafiəçisinin narazılığına rəy bölümündə cavab verib:
"Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişindaşımaya artan tələbatı ödəmək üçün üç "Airbus A320" təyyarəsinin qısamüddətli lizinqinə dair müqavilə imzalayıb. Dünya təcrübəsində geniş yer alan lizinq sazişi çərçivəsində hava gəmilərinin icarəsi ilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur. Xarici uçuş heyəti ilə yarana biləcək dil maneələrini aradan qaldırmaq üçün əksər hallarda icarəyə götürülən təyyarələrdə əcnəbi heyətlə yanaşı, AZAL-ın öz təyyarə bələdçiləri də mövcuddur".
Qurumun məlumatında vurğulanıb ki, marşrut şəbəkəsini və uçuşların tezliyini genişləndirməkdə davam edən AZAL sərnişinlərin artan tələbatını ödəmək məqsədilə lizinq təyyarələrindən İstanbul, Dubay, Milan, Vyana, Almatı, Astana və digər marşrutlarda istifadə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.