RUSİYA

Rusiya təslim olmayacaq - Lavrov

Qərbdə Ukrayna münaqişəsinin həllindən danışarkən Rusiya Federasiyasının kapitulyasiya variantını nəzərdən keçirirlər.
Sputnik
BAKI, 28 iyul - Sputnik. Qərbin gözlədiyi olmayacaq - Rusiya Federasiyasının təslim olması mümkün deyil.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə deyib.
Nazirin sözlərinə görə, Qərbdə Ukrayna münaqişəsinin həllindən danışarkən Rusiya Federasiyasının bu məsələdə mövqeyinə məhəl qoymurlar, onun kapitulyasiya variantını nəzərdən keçirirlər.
“Hər kəs özünü eşiməməzliyə vurur və bizi konstruktiv yanaşmağa çağırmaqda davam edir. Və əslində, hazırda onların anlayışında bu, təslim olmaq deməkdir. Bu baş verməyəcək, xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olunacaq” - Lavrov bəyan edib.