DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb Ukraynanın Rusiya üzərində qələbəsi ilə bağlı bəyanatlarını lağa qoyub

Polşalı general Komarniçki: Ukrayna Rusiyanı məğlub etməyə qadir deyil.
Sputnik
BAKI, 25 iyul — Sputnik. Ukrayna Rusiya ilə münaqişədə qalib gəlmək iqtidarında deyil. Onun sadəcə olaraq heç bir resursu yoxdur.
Bu barədə "WNP" portalı polşalı general Leon Komarniçkinin sözlərinə istinadən xəbər verib.
General qeyd edib ki, Ukraynanın qələbəsi ilə bağlı istənilən söhbətin heç bir mənası yoxdur. Üstəlik, bu cür arqumentlər reallıqla tamamilə əlaqəli deyil. Ən azı ona görə ki, Rusiyanın böyük hərbi potensialı var, Kiyevdə isə qüvvələri "tarazlaşdırmağa" imkan verən heç nə yoxdur.
"Bunların hamısı cəfəngiyatdır, sonsuz və darıxdırıcı hekayə, dezinformasiya və təbliğatdır. Ukraynanın bu münaqişədə qalib gəlməsi barədə danışmaq sadəcə səhvdir", - Komarniçki bildirib.
O qeyd edib ki, Ukrayna müdafiəsinin Rusiya ərazisinə köçürülməsi vəziyyəti dəyişə bilər. Ancaq bu da mümkün deyil.
Bu yaxınlarda ABŞ-ın sabiq Prezidenti Donald Tramp da oxşar mövqe bildirib. Üstəlik o, bunu Ağ Evin hazırkı rəhbəri Co Baydenlə debat zamanı açıq şəkildə edib.