BAKI, 28 iyul - Sputnik. Son günlər orta gündəlik qlobal temperatur rekordları yenilənir və milyardlarla insan həddindən artıq istilərin “epidemiyası” ilə üzləşir.
Bu barədə BMT-nin baş katibi Antonio Quterreş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının iqlim dəyişikliyi xidməti olan “Copernicus” 21 iyul tarixinin ən isti gün olduğunu, lakin 22-də temperaturun daha da yüksəldiyini bildirib. Həmçinin iyulun 23-də ilkin məlumatlara görə, termometrlər eyni diapazonda olub.
"Bu, görünməmiş istilik həftəsi idi" – Quterreş qeyd edib.
Quterreş əlavə edib ki, Yer getdikcə istiləşir və hamı üçün daha təhlükəli olur.
Bundan əvvəl Alimlərin Antarktidanın buzları altında "itirilmiş dünya" kəşf etdikləri barədə məlumat verilmişdi.