İQTİSADİYYAT

Almaniyadakı gözlənilməz tənəzzül fonunda Aİ iqtisadiyyatı yavaşlayıb

Bir sıra ekspertlər iddia edirlər ki, istehsalla məşğul olan şirkətlərdə işçi qüvvəsinin ixtisarı səbəbindən vəziyyət daha da pisləşə bilər.
Sputnik
BAKI, 25 iyul — Sputnik. Avrozonanın ümumi işgüzar aktivlik indeksi (PMI) iyul ayında 50.1-ə düşüb.
Bu barədə Bloomberg məlumat yayıb.
İyun ayında Aİ-nin işgüzar aktivliyi 50,9 bal səviyyəsində qiymətləndirilmişdi və iqtisadçılar belə kəskin eniş gözləmirdilər. Bu göstəricinin bir səbəbi Almaniyadakı vəziyyətdir, burada xidmətlər sektorunda artım istehsal sektorunun daralmasını kompensasiya edə bilməyib və buna görə də ölkənin kompozit PMI mart ayından bəri ilk dəfə azalıb.
Avrozona istehsalı onsuz da iki il ərzində müsbət PMI rəqəmi görməmişdi, lakin iyul ayının nəticəsi yeddi ayda ən pis oldu. Bir sıra ekspertlər iddia edirlər ki, istehsalla məşğul olan şirkətlərdə işçi qüvvəsinin ixtisarı səbəbindən vəziyyət daha da pisləşə bilər.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Avropa İttifaqının iqtisadiyyatı son bir neçə ildə Brüsselin yanlış qərarları səbəbindən tənəzzülə uğrayıb. Macarıstan vəziyyəti düzəltmək üçün rəqabətə davamlılığa dair yeni saziş bağlamaq, həmçinin Aİ-nin maliyyəsini cəlb etməklə qeyri-qanuni miqrasiyanın qarşısını almaq niyyətindədir.