RUSİYA

Rusiya “Nüvə beşliyi” formatını ayaqda saxlaya bilib - Zaxarova

Rusiya XİN rəsmisi deyib ki, “Nüvə beşliyi” heç də “ən yaxşı formada deyil.
Sputnik
BAKI, 27 iyul - Sputnik. Rusiya “nüvə beşliyi”nə (Rusiya, Çin, ABŞ, Böyük Britaniya, Fransa) sədrliyi dövründə müzakirə olunan məsələlərlə bağlı iştirakçılar arasında ciddi ziddiyyətlərə baxmayaraq, bu formatı ayaqda saxlaya bilib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Diplomat qeyd edib ki, Qərb nüvə dövlətləri arasında münasibətlərdə “çox axmaq” vəziyyətə səbəb olub. Bu baxımdan, “nüvə beşliyi” heç də “ən yaxşı formada deyil”. Buna baxmayaraq, Rusiya özünün koordinasiya dövründə bu formatın fəaliyyətini davam etdirməsi üçün əsası saxlaya bilib.
“Beş ölkənin vacib siqnallar göndərməyə və prinsipial yanaşmaları çatdırmağa imkan verən kanalı dəstəkləməsi çox dəyərlidir. Hazırkı şəraitdə bu, artıq çoxdur” - Zaxarova bildirib.
“Eyni zamanda, istisna etmək olmaz ki, gələcəkdə “beşlik” hələ də mühüm rol oynaya və bu platformanı formalaşdırarkən tərəflərin hesab etdikləri “əlavə dəyər” yarada biləcək. Bu, "zəruri şərtlər yetişəndə" baş verə bilər” - diplomat sözünə davam edib.
Bundan əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, Moskva Almaniyada ABŞ-ın uzaqmənzilli raketlərinin yerləşdirilməsinə cavab olaraq nüvə raketlərinin yerləşdirilməsi imkanını nəzərdən keçirir.
08.06.24, 14:09
Rusiya heç vaxt nüvə dövlətləri ilə dialoqu dayandırmayıb
Rusiya heç vaxt nüvə dövlətləri ilə dialoqu dayandırmayıb və bundan imtina etməyib. Belə bir açlıqlama ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində RİA Novosti-yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.
Bundan əvvəl BMT-nin Baş katibi Antonio Quterreş Vaşinqtonda Silahlara Nəzarət Assosiasiyasının illik toplantısında videomüraciət edərək, beynəlxalq ictimaiyyəti nüvə uçurumunun kənarından uzaqlaşmağa, nüvə güclərini isə dialoqa qayıtmağa çağırıb.
Quterreşin nüvə güclərinin dialoqa qayıtması çağırışını şərh edən XİN rəsmisi deyib ki, dialoqu dayandıran əlaqələri əlaqələri kəsən Rusiya deyil.

"Yeri gəlmişkən, enerji əlaqələrini kəsən biz deyildik. Dialoq platformalarını bağlayan biz deyildik. Biz həmişə bəyan etmişik ki, hətta ən çətin situasiyalarda belə dialoq üçün yer var və praktikada da dəfələrlə oxşar yanaşma nümayiş etdirmişik. Ona görə də bizi dialoqa çağırmağın mənası yoxdur, biz bundan heç vaxt imtina etməmişik. Bu, bizim xarici siyasət konsepsiyamızın bir hissəsidir”, - Zaxarova bildirib.

“Ola bilsin ki, cənab Quterreş ondan qəsdən imtina edənləri dialoqa çağırsın və üstəlik, başqalarına bu dialoqun aparılmasını qadağan etsin, çünki Birləşmiş Ştatlar nəinki özü imtina edib, digər ölkələri də danışıqlardan imtina etməyə məcbur edir”, - deyə Rusiya XİN rəsmi nümayəndəsi bildirib.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu bu il 5-8 iyun tarixlərində keçirilir. RİA Novosti forumun informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.