BAKI, 26 iyul — Sputnik. Rusiyada doğum səviyyəsinin aşağı olması xalqın gələcəyi üçün fəlakətlidir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun Yeni Media Festivalının iştirakçıları ilə görüşdəki çıxışından bir fraqment New Media Workshop-un Telegram kanalında dərc olunub.
"Biz dünyanın ən böyük ölkəsində yaşayırıq və hər il daha az adam yaşayırıq. Bu, yalnız orta doğum səviyyəsini artırmaqla həll edilə bilər, o, hazırda olduqca aşağı səviyyədədir. Bu, Avropa ölkələri və Yaponiya ilə müqayisə edilə bilər. Amma bu, xalqın gələcəyi üçün fəlakətlidir, fəlakətli dərəcədə azdır", - Peskov deyib.
Kreml nümayəndəsi vurğulayıb ki, bu mənada istənilən çoxuşaqlı ana qəhrəmandır:
"Ona görə də mən sizin qarşınızda baş əyirəm və mən başqalarını da aramızdakı belə qəhrəmanlara diqqət yetirməyə çağırıram".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.