RUSİYA

Rusiya və ASEAN təhlükəsizlik koordinasiyasını dərinləşdirir - Lavrov

Rusiya XİN rəhbərinin sözlərinə görə, Rusiya əmindir ki, hamının maraqlarını nəzərə alan inklüzivlik və bərabərliyə əsaslanan ASEAN mərkəzli arxitektura Asiya-Sakit okean regionunda təhlükəsizliyin və davamlı inkişafın təməli olaraq qalmalıdır.
Sputnik
BAKI, 26 iyul — Sputnik. Rusiya və ASEAN təhlükəsizlik koordinasiyasını dərinləşdirir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Otuz ildən artıqdır ki, bizim münasibətlərimiz həqiqətən də hərtərəfli xarakter alıb, siyasət və təhlükəsizlik sahələrində koordinasiyanın dərinləşdirilməsi, müasir çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində, o cümlədən enerji, kənd təsərrüfatı, təhsil və iqtisadiyyatda müsbət dinamika müşahidə olunur", - Lavrov Rusiya-ASEAN formatında görüşdə çıxış edərkən bildirib.

Lavrovun sözlərinə görə, Rusiya əmindir ki, hamının maraqlarını nəzərə alan inklüzivlik və bərabərliyə əsaslanan ASEAN mərkəzli arxitektura Asiya-Sakit okean regionunda təhlükəsizliyin və davamlı inkişafın təməli olaraq qalmalıdır.
Lavrov Rusiyanın ASEAN-ın rəqəmsal tərəfdaşı statusu almasının vacibliyini də qeyd edib.
Hazırda 2024-cü ildə ASEAN-a sədrlik edən Laos regional blokun və ASEAN dialoqu üzrə tərəfdaş ölkələrin hər il bir sıra nazirlər səviyyəsində görüşlərinə ev sahibliyi edir.
ASEAN-a Tayland, İndoneziya, Malayziya, Sinqapur, Filippin, Bruney, Laos, Vyetnam, Kamboca və Myanma daxildir. Şərqi Timorun hazırda ASEAN-a qoşulma prosesi gedir.
Bu həftə Laosun paytaxtı Vyentyanda keçirilən görüşlərdə regional blokun dialoq tərəfdaşlarından biri olan Rusiyanın nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.