BAKI, 26 iyul — Sputnik. İyulun 26-da Çin Xarici İşlər Nazirliyi üç ölkənin XİN rəhbərlərinin görüşündən sonra bəyanat dərc edib. Bəyanatda bildirilir ki, Rusiya, Çin və Laos kobud güc siyasətinə birgə müqavimət göstərəcək və blok qarşıdurmasına qarşı çıxacaq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Çinin XİN rəhbəri Van Yi və Laos XİN rəhbəri Salemsay Kommasit Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) keçirdiyi tədbirlər çərçivəsində üçtərəfli görüş keçirib.
"Üç tərəf xarici qüvvələrin Asiya-Sakit Okean regionunda təhrikçiliklə məşğul olmasından narahatlığını ifadə edib və həssas məsələlərin yumşaldılmasına, regional təhlükəsizliyin və sabitliyin qorunmasına kömək etmək üçün koordinasiya və əməkdaşlığı gücləndirməyə hazırdır", - Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, üç tərəf kobud güc siyasətinə və bloka qarşı mübarizəyə birgə müqavimət göstərəcək, çoxtərəfliliyi həyata keçirəcək, ədalət və qərəzsizliyi müdafiə edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.