BAKI, 26 iyul — Sputnik. Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair razılaşmalara sadiqdir. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib.
"Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə edilmiş bütün razılaşmaları yerinə yetirməyə sadiqdir və Ankaradan da bunu gözləyir", - XİN Sputnik Ermənistan agentliyinin yazılı sorğusuna cavab olaraq bildirib.
Bununla yanaşı, departament izah edib ki, İrəvan üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində Ankaradan oxşar hazırlıq və öhdəlik gözləyir.
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin görüşünün mümkünlüyünü şərh edən XİN tarixlərin yalnız dəqiq razılaşmalar olduğu halda açıqlanacağını qeyd edib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvanla Bakı arasında sülh prosesinin müsbət nəticələnəcəyi təqdirdə Ermənistanla sərhədin açılmasının mümkünlüyünü istisna etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.