PAYTAXT XƏBƏRLƏRİ

Bakıda Dağüstü park ərazisindən 30 paraplan buraxılacaq

Eləcə də gün ərzində təntənəli yubiley konsert proqramının keçirilməsi də nəzərdə tutulur.
Sputnik
BAKI, 26 iyul — Sputnik. Gənclər və İdman Nazirliyinin 30 illik yubileyi münasibətilə təşkil olunacaq tədbirlər proqramı çərçivəsində bir sıra tədbirlər həyata keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirlər sırasında 26 iyul tarixində Dağüstü park ərazisinə 30 paraplan qaldırılaraq "Dəniz Mall" Ticarət və Əyləncə Mərkəzinin qarşısına enəcək.
Eləcə də gün ərzində təntənəli yubiley konsert proqramının keçirilməsi də nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.