Mətbuat mərkəzi

ANONS - Aksiz vergilərinin artırılmasından sonra ölkədə spirt və tütün məmulatları bazarı

İqtisadçı ekspert alkoqol və tütün məmulatlarının daxili bazarda bahalaşma dinamikasından danışacaq.
Sputnik
BAKI, 26 iyul — Sputnik. Azərbaycanda ölkəyə idxal olunan, tərkibində tütün olan siqarilla və tərkibində tütün əvəzediciləri olan siqarillalara tətbiq edilən aksiz vergisi 1000 ədədinə görə 43 manatdan 45,5 manata qaldırılıb. Tərkibində tütün olan siqaretlərə və tütün əvəzediciləri olan siqaretlərə tətbiq edilən aksiz vergisi 1000 ədədinə görə 46,5 manatdan 53,5 manata qaldırılıb.
İyulun 31-də saat 12:00-da "Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında tanınmış azərbaycanlı iqtisadçı Natiq Cəfərli bu qərarın alkoqol və tütün məmulatlarının daxili bazarında bahalaşma dinamikasına, eləcə də satılan məhsulların keyfiyyətinə necə təsir edəcəyi barədə danışacaq.
Bu səs-küylü qərar mediada və sosial platformalarda fəal müzakirə olunur.
Natiq Cəfərli
Əlaqələr:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzi aşağıdakı ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.