BAKI, 25 iyul — Sputnik. Almaniya hakimiyyəti Ukrayna ilə bağlı qərarlarını diqqətlə ölçüb-biçir ki, bu qərarlar Rusiya Federasiyası ilə NATO arasında münaqişəyə səbəb olmasın.
Bunu Almaniya kansleri Olaf Şolts mətbuat konfransında deyib.
"Bizim bütün qərarlarımız o qədər balanslaşdırılıb və elə qəbul edilir ki, Rusiya ilə Ukrayna arasında münaqişə Rusiya ilə NATO arasında müharibəyə çevrilməsin", – "RİA Novosti" Şoltsdan sitat gətirib.
Bununla yanaşı, kansler Almaniyanın Ukraynaya dəstəyini davam etdirməyi planlaşdırdığını bildirib. Şolts Rusiya Federasiyasının bu sammitdə iştirakını istisna etmədən Ukrayna üzrə növbəti konfransın keçirilməsi mövzusuna da toxunub.
Bundan əvvəl Almaniya kansleri Almaniyanın Ukraynanın Rusiya Federasiyasına zərbə endirməsinə nə üçün icazə verdiyini açıqlamışdı.