DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putin Kremldə Bəşər Əsədi qəbul edib: Regiondakı vəziyyəti sizdən eşitmək istəyirəm

Rusiya lideri deyib ki, regiondakı vəziyyət daha da pisləşməyə meyllidir və bu, birbaşa Suriyaya aiddir.
Sputnik
BAKI, 25 iyul - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.
RİA Novostinin məlumatına görə, Putin uzun müddətdən sonra Əsədlə görüşdən məmnun olduğunu bildirib:
"Hörmətli cənab Prezident, sizi görməyə çox şadam. Münasibətlərimizin bütün kompleksi haqqında danışmaq imkanımız var, biz uzun müddətdir ki, bir-birimizi görmürük”.
Putin Əsədin regiondakı vəziyyətlə bağlı fikirlərini eşitməkdə çox maraqlı olduğunu qeyd edib.
"Regiondakı vəziyyət daha da pisləşməyə meyllidir. Bu, birbaşa Suriyaya aiddir" - Putin əlavə edib.
O həmçinin deyib ki, Rusiya ilə Suriya arasında ticarət-iqtisadi münasibətlərdə perspektivli sahələr var, lakin bu barədə bir çox suallar qalmaqdadır.
Əsəd öz növbəsində bugünkü səfərin dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının 80 illiyinə təsadüf etdiyini xatırladıb.
“Son onilliklər ərzində ölkələrimiz çox çətin sınaqlardan keçib. Təbii ki, bu onilliklər ölkələrimiz öz daxilində mürəkkəb transformasiya proseslərinin şahidi olub. Lakin bütün onilliklər ərzində ölkələrimiz arasında münasibətlər etimad səviyyəsini qoruyub saxlayıb və bu, xalqlarımızın yetkinliyinin göstəricisidir” - Əsəd deyib.
Suriya prezidenti əlavə edib ki, dünyada və Avrasiya regionunda baş verən hadisələri nəzərə alaraq, iki liderin görüşü bu hadisələrin inkişafının bütün təfərrüatlarını, mümkün perspektivləri və ssenariləri müzakirə etmək üçün çox vacibdir.
Qeyd edək ki, Əsəd sonuncu dəfə Moskvada 2023-cü ilin martında olub.
16.10.23, 18:06
Putin və Bəşər Əsəd arasında telefon danışığı olub
Suriya prezidenti Bəşər Əsədin Rusiya prezidenti Vladimir Putin arasında telefon danışı olub. Liderlərin telefon danışığı danışığı zamanı Qəzza zolağındakı vəziyyət müzakirə olunub.
Bu barədə Suriya Ərəb Respublikası rəhbərinin ofisi öz Telegram kanalında məlumat yayıb.
Məlumata görə, söhbət zamanı iki ölkə liderləri Qəzzaya yardımın dərhal çatdırılması, anklavın atəşə tutulmasına son qoyulmasının zəruriliyini bildiriblər.
Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Qəzza zolağında qurbanların sayı 2 mini keçib, həlak olan İsrail sakinlərinin sayı isə mini keçib, bir neçə min israilli və fələstinli yaralanıb. Müxtəlif mənbələrə görə, HƏMAS 150-yə yaxın israillini əsir saxlaya bilər.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.