RUSİYA

Peskov: Kiyev rejimi Avropada nasizmin dirçəlməsinin beşiyinə çevrilib

Kreml Ukrayna Prezidenti Vladimir Zelenskinin legitimliyini itirdiyini bildirib.
Sputnik
BAKI, 25 iyul — Sputnik. Kiyev rejimi Avropada nasizmin dirçəliş beşiklərindən birinə çevrilib. Rusiya Federasiyası bunu qəbul etmir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əslində Kiyev rejimi Avropa qitəsində nasizmin dirçəliş beşiklərindən birinə çevrilib. Biz hər şeyi düzgün edirik" - o vurğulayıb.
Jurnalistlərin Kiyevin danışıqlarla bağlı ritorikaya niyə yenidən başlaması ilə bağlı sualını cavablandıran Peskov deyib ki, Kiyev rejimi hazırda çətin günlər yaşayır.
"Aydındır ki, bu, Kiyev rejimi üçün heç də asan deyil" - o, sözünü yekunlaşdırıb.
Bundan əvvəl Kreml Ukrayna Prezidenti Vladimir Zelenskinin legitimliyini itirdiyini bildirib.
Xatırladaq ki, Ukrayna liderinin səlahiyyət müddəti mayın 20-də başa çatıb. Zelenski ölkədə mövcud hərbi vəziyyəti əsas gətirərək prezident seçkiləri keçirməyib.