BAKI, 24 iyul - Sputnik. Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar bu gündən Əhməd Rəcəbli küçəsində (Təbriz küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Sputnik Azərbaycan-a bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) daxil olan xəbərdə bildirilib.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar 2, 5, 9, 11 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ağa Nemətulla küçəsi, Uluqbəy küçəsi, Fətəli xan Xoyski küçəsi və Faiq Yusifov küçəsi ilə təşkil edilib.
14.03.24, 12:06
Xaqani bağının yaxınlığındakı küçələrə avtomobillərin girişinə məhdudiyyət qoyulacaq
17 mart tarixindən etibarən həftəsonları Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən xəbərə görə, paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunacaq və bu ərazilər piyadaların istifadəsinə veriləcək.
Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura şəhərin mərkəzi küçələrinin həftəsonları piyadalaşdırılması ilə bağlı qərar qəbul edib.
Belə ki, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunacaq. "AzParking" mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana biləcəklər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınacaq və onlar əraziyə buraxılacaqlar.
Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən olacaq. Məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaları üçün ərazidə yaşayan sakinlərə "AzParking" mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə olunur.
Qeyd edək ki, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq küçələrin xüsusi tranzit əhəmiyyəti yoxdur. Bu küçələr, əsasən, parklanma məqsədilə istifadə edilir. Bakı şəhərinin mərkəzi hər zaman sakinlərin və qonaqların ən sıx ziyarət etdikləri məkandır. Həftəsonları isə piyadaların sayı dəfələrlə artır. Ərazidə böyük piyada axınının müşahidə edilməsi burada təhlükəsiz istirahət zonasının yaradılmasını zəruri edib.