BAKI, 24 iyul — Sputnik. İyulun 24-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 24-də kim anadan olub?
Vüqar Həşimov (1986-2014) - Azərbaycan şahmatçısı və qrosmeysterdir. O, üç dəfə (1995, 1996 və 1998) Azərbaycan çempionu olub.
Aleksandr Düma (1802-1870) - fransız yazıçısı, dramaturqu və jurnalistidir. O, ən çox oxunan fransız yazıçılarından biri və macəra romanlarının müəllifidir ("Qraf Monte Kristo", "Üç muşketyor" və s.).
Aleksandr Düma
© Photo : Public Domen
İqor İlyinski (1901-1987) - Sovet aktyoru, teatr və kino rejissoru, SSRİ xalq artistidir. Aktyor 1938-ci ildə rejissor Qriqori Aleksandrovun çəkdiyi "Volqa-Volqa" komediyasında yaratdığı rolu ilə məşhurlaşıb.
İrina Miroşniçenko (1942-2023) - Sovet və Rusiya teatr və kino aktrisası, müğənni və RSFSR xalq artistidir.
Cennifer Lopez (1969) - amerikalı aktrisa, müğənni, rəqqasə, modelyerdir. O, ilk dəfə 1991-ci ildə "Fly Girl" truppasında rəqqasə kimi şöhrət qazanıb. Aktrisa ilk baş rolunu 1997-ci ildə müğənni Selena haqqında bioqrafik filmdə alıb. Bu rol ona "Qızıl Qlobus" nominasiyasını qazandırıb.
Cennifer Lopez
© AFP 2024 / LISA O'CONNOR
24 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1847-ci ildə ilk mormon-kolonistləri Şimali Amerikada Böyük Duz Gölü bölgəsində məskunlaşıblar, sonradan bura Solt-Leyk Siti adlandırılıb.
1851-ci ildə İngiltərə pəncərə vergisini ləğv edib.
1870-ci ildə San-Fransiskodan ilk transkontinental qatar Nyu-Yorka gəlib.
1993-cü ildə Rusiya Mərkəzi Bankından sovet tipli əskinasların dövriyyəsinə son qoyulması və onların yeni Rusiya rubluna dəyişdirilməsi barədə xəbər dərc olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.