BAKI, 24 iyul — Sputnik. ABŞ-ın vitse-prezidenti Kamala Harris hazırkı dövlət başçısı Co Bayden seçki yarışından geri çəkildikdən sonra keçmiş Amerika lideri Donald Trampı 2% qabaqlayır.
Bu barədə "Reuters" agentliyinin və "Ipsos" şirkətinin sorğusunda bildirilib.
Sorğunun bazar ertəsi və çərşənbə axşamı keçirildiyi dəqiqləşdirilir. Sorğu nəticələrinə görə, 44% Harrisə, 42% isə Trampa səs verib.
İyulun 15-16-da keçirilən analoji sorğuda vitse-prezidentlə ölkənin keçmiş lideri bərabər olub - hər biri 44%, iyulun 1-2-də keçirilən sorğuda isə Tramp 1% öndə olub.
Qeyd olunub ki, iyulun 22-23-də keçirilən son sorğu zamanı ölkə üzrə 1241 nəfər yaşlı ABŞ vətəndaşı sorğuya cəlb olunub.
Bundan əvvəl Harrisin seçki kampaniyasının ilk günündə Trampı cinayətkar adlandırdığı bildirilib.
Xatırladaq ki, keçmiş Amerika lideri iki Demokrat namizədi məğlub etmək üçün "unikal fürsət" əldə etdiyini söyləmişdi.