BAKI, 24 iyul — Sputnik. Ukrayna Rusiya neftinin tranziti məsələsini həll etməsə, Slovakiya cavab tədbirləri görə bilər.
Bu barədə RİA Novosti Slovakiya prezidenti Peter Pelleqrinin sözlələrinə istinadən xəbər verir.
İyulun 23-də bildirilib ki, Avropa Komissiyası Slovakiya və Macarıstandan məktublar alıb. Bu məktublarda ölkələr Ukraynanı Rusiyadan neft nəqlinin dayandırılması ilə əlaqədar Ukraynanı Avropa İttifaqı (Aİ) ilə assosiasiya sazişini pozmaqda ittiham edirlər.
İyun ayında "Lukoyl"a qarşı tətbiq edilən sanksiyalar sərtləşdirilib və buna görə də Rusiya şirkəti faktiki olaraq neftin başqa dövlətlərə tranziti üçün Ukrayna ərazisindən istifadə hüququnu itirib. Nəticədə Macarıstan və Slovakiya Rusiya Federasiyasından neft tədarükündən məhrum qalıb.
İyulun 22-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bəyan edib ki, Ukrayna neftin tranzitini dayandırmaqla Aİ ilə assosiasiya sazişini pozur.