RUSİYA

Aİ Ermənistana niyə 10 milyon avro yardım ayırıb? Rusiya XİN səbəbləri açıqladı

Rusiya XİN sözçüsü deyib ki, Avropa İttifaqı Cənubi Qafqaza dağıdıcı təsir göstərməyə çalışır.
Sputnik
BAKI, 24 iyul — Sputnik. Avropa İttifaqı Ermənistan silahlı qüvvələrini dəstəkləmək üçün 10 milyon avro göndərməklə Cənubi Qafqazda öz dağıdıcı təsirini genişləndirməyə ümid edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Avropa İttifaqının Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 milyon avro göndərmək planlarının arxasında təbii ki, Aİ-nin öz dağıdıcı təsirini bu regionda, yəni Cənubi Qafqazda genişləndirmək üçün geosiyasi hesablamalar aparması dayanır. Mənə elə gəlir ki, bu, hətta göz qabağındadır və bunu Ukraynanın misalında da görmək olar. Avropa Sülh Fondu deyilən qurum nə sülh, nə sabitlik, nə də təhlükəsizliklə bağlıdır. Söhbət ölkələri müharibəyə, təxribata çəkməkdən, qan tökülməsindən gedir" - Zaxarova brifinqdə deyib.
Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.
Həmçinin Aİ tərəfindən yerləşdirilən missiya da daxil olmaqla beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Qərara əsasən, dəstək batalyon ölçülü bölmə üçün tamhüquqlu çadır şəhərciyini təmin edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "Avropa Sülh Fondu" çərçivəsində Ermənistana hərbi yardım ilə bağlı bildirib ki, Fransa tərəfindən Ermənistanın "Bastion" çoxməqsədli zirehli avtomobilləri və "Sezar" özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir.
21.07.24, 17:29
Avropa İttifaqı Ermənistana 10 milyon avronun ayrılmasını müzakirə edəcək
Avropa İttifaqı Xarici işlər nazirləri Şurasının iyulun 22-də keçiriləcək iclasının gündəliyinə daxil olan məsələlər sırasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması məsələsi də yer alacaq.
Ermənistan KİV-nin yazdığına görə, Avropa Sülh Fondu tərəfindən göstərilən yardım Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.
Məlumatda qeyd edilib ki, Avropa İttifaqı üçün fövqəladə hallarda mülki əhalinin müdafiəsi prioritetdir, bu yardım da analoji məqsəd üçün xərclənəcək.
Bununla belə, planlaşdırılan yardım heç bir halda öldürücü silahların alınmasına yönəlməyəcək və Aİ-nin hərbi gücü olmadığı üçün birgə hərbi təlimləri əhatə etməyəcək.
Həmçinin gözlənilir ki, Aİ-yə üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin görüşündə viza rejiminin liberallaşdırılması məsələsi üzrə Avropa Komissiyası-Ermənistan dialoqunun başlanması təsdiqlənəcək.
Dialoq başladıqdan sonra onun aparılması üçün əsas vasitə Ermənistan hakimiyyətinə təqdim olunacaq viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planı olacaq.
14.06.24, 23:12
Medvedev Aİ-nin İrəvana nə vəd etdiyindən danışıb
Qərb Ermənistanı Avropa İttifaqına (Aİ) dəvət etmək fikrində deyil və Ukrayna üçün yaxın gələcəkdə bu gözlənilmir. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

"KTMT və Aİİ çərçivəsində müttəfiqlik münasibətləri ilə möhkəmlənən rus və erməni xalqları arasında çoxəsrlik dostluq çoxdan Vaşinqton və onun müttəfiqlərinin gözündə tikan olub batır. Əbəs yerə deyil ki, Avro-Atlantik düşərgəsi paytaxtında ABŞ-ın dünyadakı ən böyük səfirliklərindən biri yerləşir", – Medvedev deyib.

O qeyd edib ki, ABŞ, Aİ və NATO emissarları Ermənistanda getdikcə daha tez-tez qonaq olurlar, "sağdan-sola səxavətli vədlər verirlər" və İrəvana Avropa İttifaqına üzvlük də daxil olmaqla tam sədaqət qarşılığında "qızıl dağlar" vəd olunur.
"Amma özünüzü aldatmayın: bu cür vədlər sadəcə olaraq neokolonial siçan tələsinin yemidir. 2024-cü ilin martında Aİ ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsi, əslində, öhdəliyi olmayan adi bir kağız parçasıdır", - Medvedev qeyd edir.
Onun sözlərinə görə, Maya Sandunun da eyni "parlaq gələcək" haqqında nağıllardan istifadə edərək birbaşa neokolonial köləliyə apardığı Moldovada da oxşar vəziyyət yaranır. Bununla belə, Kişinyov üçün "Avropa inteqrasiyası" üçün ən çox ehtimal olunan ssenari onun Avropanın ən az inkişaf etmiş ölkələrindən biri olan Rumıniyanın şimal-şərq kənarına çevrilməsi ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.