RUSİYA

FTX ordu haqqında məlumatları Ukraynaya ötürən şəxsi saxlayıb

2024-cü ilin aprelində Rostov-na-Donudakı müəssisələrdən birinin işçisi Rusiya Silahlı Qüvvələrinə qarşı istifadə oluna bilən və kritik bölmələrdən birinə ziyan vura biləcək məlumatları düşmən tərəfə ötürüb.
Sputnik
BAKI, 24 iyul — Sputnik. FTX əməkdaşları Rusiya Silahlı Qüvvələrinin bölmələrinin yerləşməsi barədə Ukrayna tərəfinə məlumat ötürən Rusiya vətəndaşı olan Rostov-na-Donudakı müəssisələrdən birinin əməkdaşını saxlayıblar. Bu barədə Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
"Rusiya FTX-nin əməkdaşları Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrinin yerləşməsi barədə məlumatın Ukrayna tərəfinə ötürülməsi ilə bağlı Rusiya vətəndaşının qanunsuz fəaliyyətini müəyyən edib və qarşısını alıblar... Şübhəli şəxs saxlanılıb", məlumatda deyilir.
Müəyyən edilib ki, 2024-cü ilin aprelində Rostov-na-Donudakı müəssisələrdən birinin işçisi Rusiya Silahlı Qüvvələrinə qarşı istifadə oluna bilən və kritik bölmələrdən birinə ziyan vura biləcək məlumatları düşmən tərəfə ötürüb.
Saxlanılan şəxsin Ukrayna tərəfinin nümayəndəsi ilə əlaqə saxlamaq üçün istifadə etdiyi rabitə vasitələrinin müsadirə edildiyi dəqiqləşib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.